90-cı illər üslubunda qətl
Bakı/21.12.18/Turan: Dekabrın 20-də axşam saatlarında paytaxtın Xətai rayonunda qətl törədilib. Təsdiqini tapmamış məlumata görə, keçmişdə ləğv edilmiş MTN-də işləmiş 45 yaşlı Fariz Vahabov evinin həyətində qətlə yetirilib.
Vahabov maşınından endikdə naməlum şəxs ona bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə dünyasını dəyişib, qatil isə cinayət yerindən qaçıb gizlənib.
Xətai rayon prokurorluğundan Turan-a bildiriblər ki, faktla bağlı 120.1 (qəsdən adam öldürmə) və 228-10ci (qanunsuz silah saxlama) maddələrilə cinayət işi açılıb.
Hələlik cinayətin səbəbləri məlum deyil. Saxlanılan yoxdur. Şübhəli bilinən şəxslərin kimlikləri hələlik müəyyən edilməyib.
Amma rayon prokurorluğundan öldürülən şəxsin keçmişdə MTN zabiti olduğu barədə məlumatı təsdiq etməyiblər. Prokurorluq nümayəndəsi qeyd edib ki, onun 6-7 il əvvəl MTN-də işləməsi barədə ilkin məlumat olub, amma sonradan bu məlumat təsdiqini tapmayıb. -02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz