The community medical clinic of teh village of Shahverdililer. USAID
ABŞ vı Azerbaycan İmişlidə tibbi xidmətləri təkmilləşdirir
Bakı/29.06.17/Turan: Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər. Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
"Amerika Birləşmiş Ştatlarının səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarınızı ödəyəcək, habelə sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq." deyə USAID-in Missiya Direktoru xanım Mikaela Meredis qeyd etdi.
Şahverdililər sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Şahverdililər kəndinin 1,500-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. --0--
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz