Aclıq edən redaktor karserə salınıb
Bakı/10.08.19/Turan: Həbsdə aclıq aksiyası keçirən realliq.info saytının redaktoru İkram Rəhimov karserə salınıb. Bu barədə Rəhimovun yaxınları məlumat verib. Mənbənin məlumatına görə, aclıq etməsi ilə əlaqədar Rəhimovun vəziyyəti pisləşib.
Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. Həbsindən əvvəl Rəhimov prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bəyan etmişdi. O, məhkəmədə bunu təkrar edib.
İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə ilkin iclas keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkil həmçinin elə eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazılarının təkrar ekspertizasını təyin etməyi xahiş edib. Amma vəsatətlər təmin edilməyib və növbəti iclas avqustun 21-nə təyin edilib. Etiraz əlaməti olaraq Rəhimov məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edib. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz