Allahşükür Paşazadə Tbilisiyə gedib
Bakı/21.04.17/Turan: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə aprelin 21-də Tbilisiyə gedib.
QMİ-nin mətbuat xidmətinin məlumatında deyilir ki, səfər zamanı A.Paşazadə Bütün Gürcüstanın katolikosu II İliya, ölkə prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və digər rəsmi şəxslərlə görüşəcək.
A.Paşazadə Gürcüstandakı Azərbaycan icmasının nümayəndələri ilə ğörüşəcək.
Səfərin məqsədi və görüşlərin mövzusu açıqlanmır. -05D-
-
- Cəmiyyət
- 21 Aprel 2017 13:48
-
- İqtisadiyyat
- 21 Aprel 2017 14:00
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz