Altı hakim intizam məsuliyyətinə cəlb edilib
Bakı/18.09.19/Turan: Məhkəmə-Hüquq Şurası sentyabrın 18-də keçirilən iclasında altı hakimin intizam məsuliyyətinə cəlb edildiyini bildirib. Məlumata görə, hakimlər kobud qanun pozuntusuna yol veriblər, korrupsiyaya, süründürməçiliyə və digər neqativ hallara yol veriblər.
Belə ki, Bərdə məhkəməsinin hakimi Seyfəli Seyfəliyev vəzifədən azad edilib və başqa işə keçirilib. Digər hakimlər barəsində "vəziyyətin yerində araşdırılması" qərarı qəbul edilib. Bu hakimlərin adları və yol verdikləri pozuntular açıqlanma.
İclasa ədliyyə naziri Fikrət Məmmədov sədrlik edib. -16D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz