AMEA və Torpaq komitəsi birgə təqdimata hazırlaşır
Milli Elmlər Akademiyası bu il fevralın 2-də AMEA-da “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi və “Azərbaycan Milli Atlası”nın təqdimat mərasimin keçiriləcəyi haqda açıqlama yayıb.
Hər iki əsər Dövlət Torpaq və Xəritəçəkmə və AMEA-nın birgə təşkilatçılığı ilə hazırlanıb. Tədbirdə hər iki əsərin tarixi əhəmiyyəti, onların hazırlanması prosesindəki fəaliyyət barədə ətraflı məlumat verilməsi nəzərdə tutulur.
Tədbirin AMEA-nın Əsas binasındakı (Hüseyn Cavid prospekti, 115) Dairəvi zalda keçirilməsi qərara alınıb. -05D-
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz