Anar Məmmədli Vatslav Havel mükafatına namizəddir
Hüquq müadfiəçisi Anar Məmmədli 2014-cü ildə Vatslav Havel mükafatına üç namizəddən biridir.
“Azadlıq” radiousunun məlumatına görə, A.Məmmədli yanaşı İsrailli və fələstinlilərin hüquqlarını müdafiə edən İsrailin B'tselem təşkilatı və sığınacaq axtaranların hüquqlarını müdafiə edən beynəlxalq Jesuit Qaçqın Xidmətinin Malta filialıdır.
İkinci ildir ki, verilən mükafatda məqsəd insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarus hüquq müdafiəçisi Ales Byalyatskiyə verilib.
Finalçılar 56 iddiaçının sırasından seçilir. Qalib sentyabrın 28-də müəyyən ediləcək və bir gün sonra elan olunacaq. Mükafatın məbləği 79 min dollardır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il yarım müddətinə azadlıqdan məhrum edib. A. Məmmədli vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunub.
Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.-16d-
-
- Cəmiyyət
- 27 Avqust 2014 15:04
-
- İqtisadiyyat
- 27 Avqust 2014 15:16
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz