A.Paşazadə: Dinin düzgün izah olunmaması gəncləri terroçulara qoşur
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirilməsi kurslarının növbəti 4-cü buraxılışı olub. Bu haqda Turan-a QMİ-dəki mənbələrdən məlum olub.
Kursların növbəti mərhələsinin bitməsi ilə bağlı cümə günü keçirilən tədbirdə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib.
QMİ sədri bu kursların fəaliyyətini ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi hesab edib. A.Paşazadə bu kursları bitirən din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
QMİ sədri bu kursların din xadimlərinin bilik və dünya görüşünün artırılması baxımından mühüm rola malik olduğunu deyib. Bu kursların bundan sonra da davam etdiriləcəyini söyləyib.
QMİ sədri ölkənin bəzi gənclərinin “cihad” adı ilə terrorçu şəbəkənin əlinə düşməsini islamın düzgün izah edilməməsi ilə əlaqələndirib. A.Paşazadəyə görə din düzgün təbliğ olunduğu halda belə hallar aradan qalxa bilər. -05D-
-
- Dünyada
- 14 Noyabr 2014 18:30
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz