Apellyasiya Məhkəməsi İntiqam Əliyevi həbsdə saxlayıb

Bu  gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin həbs müddətinin uzadılması və ya həbs qətimkan tədbirinin  ev dustaqlığı ilə əvəzlənməsi və yaxud  girov müqabilində  azad olunması barədə apellyasiya şikayətinə  baxılıb.

Vəkil Cavad Cavadov özünün Facebook səhifəsində yazıb ki, məhkəmə şikayəti təmin etməyərək İ.Əliyevi həbsdə saxlayıb.

İ.Əliyev səhhəti ilə əlaqədar məhkəməyə aparılmayıb.

Xatırladaq ki, oktyabrın 24-də Nəsimi məhkəməsində həbs müddətinin uzadılması məsələsinə baxılarlən İ.Əliyevin vəziyyəti pisləyib, sağ ayağı tutulub. Bu səbəbdən o, təcridxanaya qaytarılıb.

Ötən gün təcridxanada İ.Əliyevə baş çəkən vəkil Elton Quliyev İ.Əliyevin səhhətində problemin olduğunu Turan-a təsdiqləyib.

* * İntiqam Əliyev avqustun 8-də vergidən  yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib.

İ.Əliyev ittihamları rədd edərək onları siyasi motivli hesab edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb. -16D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti