Arif Yunusun azadlığa buraxılması barədə vəsatət təmin edilməyib
Bu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə baxılıb. Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Məhkəmə vəsasəti təmin etməyib. Bu barədə Turan-a vəkil Xalid Bağırov bildirib. Oktyabrın 29-da məhkəmə A.Yunusun həbs müddətini 4 ay uzadıb.
Vəkilin sözlərinə görə, Nəsimi məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcək.
Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da Arif isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar.
Arif və Leyla Yunuslar Amnesty International təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıblar. Fransa prezidenti da daxil olmaqla, bir çox ölkələrin liderləri onların azadlığa buraxılmasını tələb ediblər.–16B06-
-
- İqtisadiyyat
- 30 Oktyabr 2014 14:32
-
- İqtisadiyyat
- 30 Oktyabr 2014 15:26
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz