Aslan İsmayılov
Aslan İsmayılov: �Məsələ açıq qalır�
Bakı/30.01.18/Turan: "Yanvarın 29-da məni məhkəmə qərarını icra etmək üçün güc tətbiq etməklə Səbayel məhkəməsinə aparmalı olan polis qüvvələri gəlmədi, mən də könüllü olaraq məhkəməyə getmədim", - "Viza" hüquq şirkətinin rəhbəri Aslan İsmayılov Turan-a bildirib.
A.İsmayılov növbəti məhkəmə prosesinin fevralın 1-i, saat 15:00-a təyin olunduğunu bildirib.
Onun sözlərinə görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə xüsusi ittiham qaydasında cinayət işinin qaldırılması barədə müraciət edib.
Müraciətə bu gün Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq: "Hafiz Hacıyev məhkəməyə müraciətində bildirir ki, Facebook səhifəmdə onun mülkləri və bu mülkləri hansı vəsaitlə alması barədə yazdığım statusda onu təhqir etmişəm. Mənim statusumda təhqir yoxdur, əslində hüquq- mühafizə orqanları "Facebook" statusumda Hafiz Hacıyevin Bakıda və Göygöl rayonunda ünvanlarını göstərdiyim mülkləri necə əldə etməsi barədə araşdırma aparmalıdır", - o qeyd edib.
Aslan İsmayılov sosial şəbəkələrdə yüksək vəzifəli məmurlarla bağlı tənqidi statusları ilə tanınır.
2017-ci ildə A.İsmayılov təhqirə görə H.Hacıyevi məhkəməyə verib.
Nərimanov Rayon Məhkəməsi işə baxdıqdan sonra Binəqədi Rayon Məhkəməsinə göndərib. A.İsmayılov deyib ki, Binəqədi Rayon Məhkəməsində iclas günü məhkəmə zalında olub, yarım saat gözlədikdən sonra deyiblər ki, qərar elan edilib. A.İsmayılov etiraz edib, hakimin bu münasibətini qanunsuzluq adlandırıb. 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi Rayon Polis İdarəsində vəkilə qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlayıb. Bundan sonra H.Hacıyev A.İsmayılova qarşı xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün Səbayel Rayon Məhkəməsinə müraciət edib.
A.İsmayılov təhlükəsizliyi təmin edilmədiyi üçün məhkəməyə getmədiyini, H.Hacıyev və tərəfdarları tərəfindən təhqir olunacağını bildirir.
-
- Cəmiyyət
- 30 Yanvar 2018 16:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz