Qurbanov Aslan. Açiq mənbələrdən foto.
ATİŞ talış bloqerin həbsini pisləyib
Bakı/28.07.20/Turan: AzərbaycanTalışlarının İctimai Şurası (ATİŞ) bloqer Aslan Qurbanovun həbsi ilə bağlı bəyanatla çıxış edib.
Ağır formalı epilepsiya xəstəliyindən əziyyət çəkən 27 yaşlı A.Qurbanov iyulun 14-də Binə qəsəbəsində DTX əməkdaşları tərəfindən güc tətbiq edilməklə saxlanılıb. Həbs olunduqda huşunu itirib və sarsıntı içində çabalayıb, ATİŞ-in bəyanatında deyilir.
Gəncə qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, dini, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Məhkəmə A.Qurbanovu 4 ay müddətinə həbs edib.
İttiham bloqerin Facebook və İnstagram-da yazıları üzərində qurulub.
Belə ki, İnstağramda "caspi_cadus_talysh" adlı səhifədə o, talış müəlliflərin mahnılarını, şeirləri və ifadələri nəşr edib, əslən talış olan qəhrəmanları, talış dili və ədəbiyyatını təbliğ edib.
“Azərbaycanda və İrandakı soydaşlarımızın bu yazılarında heç bir siyasi məzmunu olmayıb”, - bəyanatda bildirilir.
Bu 2011-2012-ci illərdə Murovdağda xidmət etmiş və igidliyə görə təltif edilmiş gəncin belə ağır ittihamlarla təqib olunmasına əsas vermir, bəyanat müəllifləri hesab edirlər.
ATİŞ bu iş il 2007-ci ildə tanınmış talış alim Novruzəlı Məmmədovun həbsi arasında paralellər aparır. O, talışçılığın təbliğinə görə ittham olunurdu (2009-cu ilə həbsxanada ağır xəstəlikdən vəfat edib).
A.Qurbanovun həbsi millətlərarası münasibətlərə ziyan vurur və siyasi motivlidir. Bu səbəbdən ATİŞ A.Qurbanovun dərhal azadlığa buraxılmasını tələb edir.
ATİŞ həmçinin iyulun 14-15-də orduya dəstək aksiyasından sonra fəalların həbsini pisləyib.
A.Qurbanovun yaxınları bildiriblər ki, o, bir neçə il öncə sosial şəbəkələrdəki yazılarına görə həbs edilib. Lakin bu ittihamlar əsassızdır.
A.Qurbanovun vəkili Ramiz Məmmədov Turan-ın müxbirilə söhbətində istintaq sirrinin yayılmaması barədə iltizamla əlaqədar şərh verməkdən çəkinib. Yalniz onu qeyd edib ki, gənc qismən günahını etiraf edir və saxlanma şəraitindən şikayətlənmir.
DTX-dən şərh almaq mümkün olmayıb.–06B-
Cəmiyyət
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Rəy yaz