Avropa Liqasının finalı ilə əlaqədar AZAL və Buta Airways-in bəzi reysləri ləğv olunacaq
Bakı/26.04.19/Turan: 29 may 2019-cu il tarixində Bakıda futbol üzrə Avropa Liqasının final mərhələsinin keçirildiyi dövrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yükünün çox olması ilə əlaqədar "Azərbaycan Hava Yolları" və Buta Airways-in reyslər cədvəlinə dəyişikliklər edilib.
Bəzi reyslər təxirə salınır, 10-dan çox reys isə ümumiyyətlə ləğv olunur. Təxirə salınan və ləğv edilən reyslər haqqında ətraflı məlumatı https://www.azal.az/ru/article/482 ünvanından əldə etmək olar.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatına görə, qeyd edilən reyslərdəki sərnişinlərə hava yolları şirkətinin proseduruna uyğun olaraq aviabilet alınarkən qeyd edilmiş telefon nömrələri ilə əlaqə saxlanılaraq məlumat veriləcək. Ləğv edilmiş və dəyişdirilmiş reyslərin sərnişinlərinə istəklərindən asılı olaraq alternativ uçuş variantları təklif ediləcək. -06D-
-
- Cəmiyyət
- 26 Aprel 2019 12:22
-
- İqtisadiyyat
- 26 Aprel 2019 12:28
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz