Azərbaycan katolikləri Milad bayramı ilə bağlı messa keçiriblər
Bakı/25.12.17/Turan: Azərbaycan katolikləri İsa Peyğəmbərin dünyaya gəlməsi ilə bağlı bayramını qeyd edirlər. Dünən Bakıda Müqəddəs Mariya Kilsəsində bayram messası (dini ayin) keçirilib.
"Dünən biz Azərbaycan dilində messa keçirdik. Bayram messasından sonra təntənəli musiqili şam yeməyi verilib, Azərbaycan rəqsləri ifa olunub. Çox yaxşı bayram keçirdik, Azərbaycanın digər bayramlarında da olduğu kimi", deyə Azərbaycan katolik icmasının üzvü Müşfiq Bayramov "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda katolik kilsəsi yalnız Bakıda fəaliyyət göstərir.
Amma Azərbaycanın regionlarında da katoliklər var.
Müqəddəs Mariya Kilsəsinə gələnlərin sayı təxminən 200 nəfərdir. Ümumilikdə Azərbaycanda təxminən 2000 katolik yaşayır.
Azərbaycan və Vatikan arasında diplomatik münasibətlər qurulub. -03D-
Cəmiyyət
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak etdi 13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 457
Rəy yaz