Azərbaycan ordusunda növbəti əsgər ölümü

Bu gün səhər Tovuz rayonundakı hərbi  hissələrdən birində əsgər ölüb. Müdafiə Nazirlyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, əsgər Anar Əsgərli (1994-cü ildə anadan olub) tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin keçirdiyi monitorinqin nəticələrinə görə,  təhlükəsizlik və müdafiə sektorunun itkiləri 64 nəfər təşkil edib. Ötən müddətdə 73 nəfər yaralanıb və ya xəsarət alıb.-16D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti