Azərbaycan Prokurorluğu bloger Orduxan barəsində axtarış elan edib
Bakı/07.12.18/Turan: Azərbaycan Prokurorluğu Hollandiyada siyasi mühacirətdə olan, "Orduxan Teymurxan" iii məşhur olan Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi açıb. Onun barəsində axtarış elan olunub. Bu barədə "Azadlıq Radiosu" prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.
Orduxan barəsində axtarış elan edilməsi qərarı noyabrın 29-da Bakının Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Teymurxan CM-in 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşların təşkili), 281.2-ci (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildikdə) maddələrlə ittiham edilir.
Baş Prokurorluğun mətbuat xidməti və bloger özü hələlik bu məlumatı şərh etməyib.
Teymurxan sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid etməklə məşhurdur. 2017-ci fevralından başlayaraq onun Azərbaycandakı qohumları saxlanılma və inzibati həbslərə məruz qoyulub. -16D06-
-
- Aktual Reportaj
- 7 Dekabr 2018 13:11
-
- İqtisadiyyat
- 7 Dekabr 2018 13:34
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz