Açiq mənbələrdən foto.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 30-da aksiya keçirəcək
Bakı/26.09.22/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Aksiyanın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.
Aksiyanın təşkilatçılarından Vahid Məhərrəmli bildirib ki, aksiyanın keçiriləcəyi ilə bağlı sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq mıəktubu təqdim ediblər. Amma məktublarına hələ cavab verilməyib.
Vahid Məhərrəmli bildirib ki, aksiya siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcək.
Rəsmi qurumlar AXCP-nin aksiya təşəbbüsünə və tələblərinə hələ münasibət bildirməyib. 03
-
- Söz istəyirəm
- 26 Sentyabr 2022 12:18
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz