Azərbaycanda HİV üzrə yoxlanış aksiyası keçirilir
“HİV virusunun yoxlanması üzrə Avropa həftəsi” çərçivəsində AİDS-ə Qarşı Mübarizə Mərkəzi Bakı, Qazax, Lənkəran və Salyanda əhali arasında müayinə aparır.
“Avropa həftəsi” noyabrın 21-18-də bütün Avropada keçirilir. Təşəbbüs “HİV in Europе” təşkilatına məxsusdur. Qurum HİV üzrə onlarla təşkilatı birləşdirir.
Yoxlama üçün ali təhsil ocaqları və kommersiya obyektləri seçilib. “Qırmızı körpü” sərhəd-buraxılış məntəqəsində, Qazax və Lənkəranda ticarət mərkəzlərində yoxlama məntəqələri və HİV üzrə məsləhətləşmələr təşkil olunub.
Həftə çərçivəsində Bakının avtobus dayanacaqlarında HİV-ə qarşı mübarizəyə dair sosial çarx nümayiş etdirilir.
Bakıdan Rusiya və Ukraynaya gedən sərnişin qatarlarında HİV haqqında buklet və broşürlər paylanılacaq.
Bundan əlavə, ilk dəfə olaraq qandan deyil, ağız seliyindən yoxlama aparılır ki, bu da insanın yoluxub-yoluxmadığını 15-20 dəqiqəyə müəyyən edir.
Həftə ərzində Azərbaycanda 15 minə yaxın adam yoxlanılacaq.
İlk dəfə olaraq həftə 2013-cü ildə keçiriıib. O zaman AIDS-ə Qarşı Mübarizə Mərkəzi seriya yoxlamalar aparmışdı.
UN AIDS, ÜST və digər beynəlxalq təşkilatların məlumatlarına görə, Avropada HİV-ə yoluxmuş 2,3 milyon adam yaşayır və minimum hər üçüncü şəxsin özü bundan şübhələnmir.
İmmun çatışmazlığı virusu 5-8 il ərzində özünü göstərməyə bilir ki, bu səbəbdən də yoluxmuş şəxslərin çoxu bundan gec xəbər tutur.
Mütəxəssislər hesab edirlər ki, HİV-in erkən diaqnostikasının ən yaxşı metodu ekspress-testdir.
2013-cü ilin sonlarında Azərbaycanda HİV-ə yoluxan şəxslərin sayı 514 nəfər təşkil edib. Ümumilikdə 1987-ci ildən və 2013-cü ilin sonunadək ölkədə HİV-ə yoluxmuş
4298 nəfər qeydə alınıb. Onların 4149-u (96,5%) Azərbaycan vətəndaşı, 149 nəfəri (3,5%) əcnəbidir.
HİV-ə yoluxanların 3353 nəfəri (78%) kişilər, 945-i (22%) qadınlardır. 4298 nəfərin 2044-ü (56,9%) inyeksiya yolu ilə yoluxub. Onlardan 1777 nəfər dispanser qeydiyyatındadır. -0-
-
- Söz istəyirəm
- 27 Noyabr 2014 12:08
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz