![Azərbaycandan yarım milyon dollar çıxarmaq istəyən Dağıstan vətəndaşı saxlanılıb](https://turan.az/resized/750/500/resize/media/2016/main/010600142537.jpg)
Azərbaycandan yarım milyon dollar çıxarmaq istəyən Dağıstan vətəndaşı saxlanılıb
Dağıstan prokurorluğu bu ölkənin vətəndaşı K.Əliyevin barəsində cinayət işi üzrə ittihamnaməni təsdiqləyib. O, gömrük nəzarətindən yan keçməklə Azərbaycandan külli miqdarda valyuta keçirərkən saxlanılıb.
K.Əliyev külli miqdarda nağd pulun sərhəddən qanunsuz olaraq keçirilməsi maddəsi üzrə ittiham olunur. Bu barədə Dağıstan prokurorluğunun məlumatında deyilir.
Mənbənin məlumatına görə, insident 2015-ci ilin sentyabrında baş verib. K.Əliyev “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan Rusiya ərazisinə keçərkən qanunsuz olaraq 424 min ABŞ dolları və 4,5 mln. rublu keçirmək istəyib. O, pulları öz avtomobilinin baqajında gizli yerdə saxlayıb.
Cinayət işi mahiyyəti üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndərilib.
06D--
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 14:13
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 14:32
Cəmiyyət
-
Bazar günü, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində müxtəlif ünvanlarda əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisində yaşamaq və qalmaq hüququ verən sənədləri olmayan 34 əcnəbi müəyyən edilərək saxlanılıb.
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Rəy yaz