Azərbaycanın dövlət sərhəddini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlanılıb

Bakı/04.10.19/Turan: Oktyabrın 4-də Dövlət Sərhəd Xidməti 2 nə­fər Əlcəzair vətəndaşının dövlət sərhəddini pozmasının qar­şısını alıb.

Dövlət Sərhəd Xid­mətinin məlumatında deyilir ki, Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları Bouremad İshak və Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslər sentyabrın 25-də İstanbul-Bakı reysi ilə Türkiyədən Azərbaycana gəliblər. Araşdırma zamanı Əlcəzair vətəndaş­ları dövlət sərhəddini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti