Babək prospektində təmir başa çatır
Bakı/29.11.18/Turan: Bakının ən iri avtomagistrallarından biri olan Babək prospektində təmir işləri artıq yekunlaşır. Uzunluğu 9 km. olan yol yaxın günlərdə istislamara veriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentlyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Təmir işləri zamanı kanalizasiya və su kəməri infrastrukturu yenilənib, səkilər bərpa edilib və genişləndirilib, yeni işıqlandırma sistemi qurulub.
Prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib.
Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilib, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələri yaradılıb.
Xatırladaq ki, təmir işlərinə 2018-ci ilin əvvəlində başlanılıb.
Bundan öncə xəbər verilmişdi ki, işlər sentyabrın sonlarında başa çatacaq. Lakin təmir və yenidənqurma işləri 10 aydan çox davam edib.-05D06--
-
- Cəmiyyət
- 29 Noyabr 2018 10:27
-
- İqtisadiyyat
- 29 Noyabr 2018 11:35
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz