Bakı-Sumqayıt yolunda qəza zamanı ölənlərin sayı 6 nəfərə çatıb
Sumqayıt Dövlət Universitetinin tələbəsi, 18 yaşlı Lalə Nəsirzadə bu gün səhər 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Beləliklə, martın 9-da baş vermiş qəza zamanı həlak olanların sayı 6 nəfərə çatıb. Onlar sözügedən universitetin tələbələridir.
Xatırladaq ki, 25 tələbənin olduğu mikroavtobus böyük sürətlə hərəkət edərkən yolun kənarında dayanan yük maşınına çırpılıb. 5 tələbə hadisə yerində həlak olub. 19 tələbə müxtəlif dərəcəli xəsarət alıb.
Mikroavtobus və yük maşınının sürücüləri polis tərəfindən saxlanılıb. Yol hərəkəti qaydalarının pozulması faktı üzrə cinayət işi qaldırılıb.-02D-
-
- İqtisadiyyat
- 11 Mart 2017 11:52
-
- İqtisadiyyat
- 11 Mart 2017 12:11
Cəmiyyət
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
Rəy yaz