Mobil telefon idxalı 5 dəfə artıb
2016-cı ildə Azərbaycana leqal telefon idxalı 461 min ədəd olub. Bu, 2015-ci ildəkindən 5 dəfə çoxdur.
Artım mobil rabbitə vasitələrinə tələbatın artması yox, idxalçılar – dilerlər üzərində gömrük nəzarətinin sərtləşdirilməsi ilə bağlıdır. Üstəlik, 2016-cı ildə ölkədə alıcılıq qabiliyyəti və aktivlik xeyli azalıb.
Gömrük Komitəsində Turan-a bildiriblər ki, telefonlar Çin – 305,5 min ədəd (+258199 ədəd), Vyetnam – 144 152 ədəd və Koreyadan – 6936 ədəd (-8845 ədəd) idxal edilib.
Ötən il mobil telefon idxalı $41 mln 678,4 min həcmində bəyan edilib. Bu, 2015-ci ildəkindən 4,4 dəfə çoxdur.
Bir mobil qurğu $90-a bəyan edilib, 2015-ci ildə bir mobil telefonun orta bəyannamə qiyməti $107,4 olub. 08B
-
- Cəmiyyət
- 11 Mart 2017 12:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz