Yanvarın 4-də Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri hadisə baş verən ərazidə araşdırma işləri aparırlar. -03D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə