Baş Prokurorluq danışıqlarla bağlı Nardaran ağsaqqallarının təklifini qəbul etməyib
Baş Prokurorluq Nardaran ağsaqqallarının saxlanılanlar və yaralıların taleyi ilə bağlı danışıqlara başlamaq çağırışını qəbul etməyib. Bu barədə Turan-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluq silahlı ekstremist qrupu ilə bağlı hər hansı danışıq aparmaq niyyətində deyil.
O qeyd edib ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsində istintaq qrupu yaradılıb, cinayət iştirakçılarının və silahlı qrupun əlaltılarının
müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilrr.
Eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri ağsaqqallara bildiriblər ki, həlak olanların cəsədləri bu gün doğmalarına veriləcək.06D--
-
- İqtisadiyyat
- 27 Noyabr 2015 13:19
-
- İqtisadiyyat
- 27 Noyabr 2015 13:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz