Bayıl sürüşmə zonasındakı evlərin sakinlərinə kompensasiya verilir
Bakı/21.02.18/Turan: Bayıl sürüşmə zonasında evlərindən çıxarılan sakinlərə kompensasiyaların verilməsinə başlanılıb. Onlar kompensasiyanı Azərbaycan Beynəlxalq Bankının Səbayel filialında bank kartları ilə alacaqlar.
Vəsait Maliyyə Nazirliyi tərəfindən köçürülüb. Səbayel Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İsrafil Kərimov Turan-a bildirib.
Müvəqqəti ev tutmaq üçün pul kompensasiyalarının ödənilməsinə fevralın 19-da başlanılıb. Hər ailəyə tərkibindən asılı olaraq ayda ən azı 260 manat veriləcək. 67 ailəyə bank vasitəsilə ödəmələr 11 ay ərzində davam edəcək. Bu müddət bitdikdən sonra həmin sakinlərin harada yaşaması məsələsi həll olunacaq. Vəsait dövlət başçısının Ehtiyat Fondundan ayrılıb.
Xatırladaq ki, bəzi məlumatlara görə, Bayıl qəsəbəsində sürüşməyə yağışların nəticəsində qrunt sularının artması səbəb olub.-0-
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz