
Bakı/21.02.18/Turan: Fevralın 21-də prezident İlham Əliyev İranın müdafiə naziri Əmir Hatəmini qəbul edib.
Prezidentin saytı məlumat verib ki, İ.Əliyev əmin olduğunu bildirib ki, Ə.Hatəminin səfəri hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini və gələcək perspektivlərini müzakirə etməyə yaxşı imkan yaradır.
Qonaq qeyd edib ki, İran öz xarici siyasətində qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrn inkişafına mühüm önəm verir.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.-16D-
Rəy yaz