
Bakı/21.02.18/Turan: Azərbaycan Baş Prokurorluğu Belçikada fəaliyyət göstərən "Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası"nın rəhbəri Kaspar Karampetyanın barəsində İnterpol xəttilə axtarış elan edib.
Baş Prokurorluğun məlumatında deyilir ki,
2014-2018-ci illərdə Azərbaycanın dövlət sərhəddini dəfələrlə qanunsuz keçməkdə və ölkənin suverenliyinə, habelə ərazi bütövlüyünə qarşı açıq çağırışlar etməkdə ittiham olunur.
2018-ci il fevralın 20-də Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.-02D-
Rəy yaz