Bayram Məmmədovun xəstələndiyi bildirilir
Bakı/29.07.17/Turan: Həbsdəki gənc fəal Bayram Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.
Bu haqda Turan-a onun atası Fərman Məmmədov məlumat verib. Sağlıq problemləri ilə bağlı ailə üzvlərinə B.Məmmədov özü bu gün telefonla bildirib.
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, 10 il azadlıqdan məhrum olunan gənc fəal Bayram Məmmədovun səhhətində problem var.
Bu barədə Meydan TV-yə Bayram Məmmədovun atası Fərman Məmmədov məlumat verib. Atasınən sözlərinə görə, gənc fəal bir neçə gündür ki, yüksək - 39 dərəcə hərarətdən əziyyət çəkir.
"3 gündür yediklərini qaytardığını bildirdi. İynə vurublar, ancaq hərarəti yenə də düşməyib. Yatağı "skvoznyak" hissədə oldugundan güman ki, möhkəm soyuqlayıb", atası deyib.
Atası B.Məmmədovun saxlama şəraiti ilə bağlı problemlərinin hələ də həll edilmədiyini söyləyib. Bir müddət əvvəl vəkilləri B.Məmmədovun yatağının qapının yanında, hava axınının güclü olduğu hissədə yerləşdirilməsindən narazılıq bildirmişdilər.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən B.Məmmədovun sağlıq durumu ilə bağlı bilgi almaq mümkün olmayıb.
Nazirliyin Tibb Baş İdarəsindən isə Turan-a gənc fəalın sağlıq durumu ilə bağlı müvafiq addımların atılacağı bildirilib.
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.
-
- Cəmiyyət
- 28 İyul 2017 17:02
-
- Sual-cavab
- 29 İyul 2017 11:30
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz