![Bazar günü qar gözlənilir](https://turan.az/resized/media/2017/main/012100180994-750-500-resize.webp)
Bazar günü qar gözlənilir
Bazar günü günün ikinci yarısında Bakıda və Abşeronda yağış, daha sonra qar yağacağı, güclü şimal-qərb küləyi əsəcəyi gözlənilir.
Sinoptiklərin məlumatına görə, havanın temperaturu gecə -1 dərəcə şaxtaya, gündüz isə +3 +5 dərəcəyə qədər düşəcək.
Ölkənin rayonlarında da günün ikinci yarısında yağıntı, dağlarda qar gözlənilir. Böyük Qafqazın dağlıq rayonlarında yağıntı intensiv olacaq.
Gecə -2 dərəcəyə qədər şaxta, gündüz +4 +7 dərəcə olacaq. Dağlarda gecə və gündüz -8 -4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq. -02D-
-
- Cəmiyyət
- 21 Yanvar 2017 12:49
-
- İqtisadiyyat
- 21 Yanvar 2017 13:56
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz