Açiq mənbələrdən foto.
Biləsuvarda sakinlər su qıtlığına etiraz edirlər
Bakı/28.07.21/Turan: İyulun 28-də Biləsuvar rayonunda (Bakıdan 179 kilometr cənubda) bir qrup yerli sakin su problemilə bağlı rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi küçəni bağlamağa cəhd edib.
Polis aksiya iştirakçılarının bəzisini saxlayıb. Profilaktik söhbətdən sonra onları buraxıblar. Ancaq etirazçıların bir hissəsini İcra Hakimiyətində qəbul ediblər.
Aksiyanın keçirilməsinə su qıtlığı və məmurların özbaşınalığı səbəb olub. Onlar mövqelərindən sui-istifadə edərək fermerləri əkin sahələrinin suvarılması üçün sudan məhrum edirlər. Məmurlar suyu öz sahələrinə və nəzarətlərində olan təsərrüfatlara yönəldirlər.
Problem məmurların Araz çayından gələn suyu faktiki olaraq mənimsədikləri üçün kəskinləşib. Çayda suyun səviyyəsinin azalması ilə vəziyyət daha da gərginləşib.
İsmətli kənd sakini İxtiyar Ağayev Turan-a bildirib ki, su qıtlığına görə pambıq, tərəvəz və buğda məhsulu məhv olub. 03B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz