Birgə İşçi Qrup nazir Ramil Usubovla siysi mıəhbus məsələsini müzakirə ediblər
insan Haqları üzrə Birgə İşçi qrupun üzvləri şənbə günü daxiki işlər naziri Ramil Usubovla görüşüblər. Bu haqda Turana işçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Görüşün iki saat davam etdiyini deyən N.Cəfəroğlu əsas müzakirə obyektinin siyasi məhbuslar məsələsi olduğunu söyləyib. Jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Leyla Yunusun, İntiqam Əliyevin həbsləri də müzakirə edilib. N.Cəfəroğlu qeyd edib ki, görüşdə siyasi məhbusların əfv olunmaları gündəmə gətirilib. Onun sözlərinə görə nazir hüquq müdafiəçilərnin təkliflərini müsbət qarşılayıb.
N.Cəfəroğlu qeyd edib ki, hüquq müdafiəçiləri bazarertəsi Baş prokurorun müavini Rüstəm Usubov və daha sonra Baş prokuror Zakir Qaralovla görüş nəzərdə tutulur. Görüşdə siyasi mıhbuslar məsələsi, onların əfv olunmaları imkanlarının müzakirəsi gözlənilir.-05B-
-
- Söz istəyirəm
- 6 Dekabr 2014 23:15
-
- Cəmiyyət
- 8 Dekabr 2014 11:48
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz