Bloger Namiq Sadıqlı 30 sutka həbs edilib (yenilənib)
Bakı/01.12.17/Turan: Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalı Namiq Sadıqlı 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib. Bu barədə Turan-a AXCP-dən bildiriblər. Partiyadan deyiblər ki, müdafiə tərəfi həbsdən şikayət verəcək.
* * *
Noyabrın 30-da Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı saxlanılıb.
AXCP üzvlərinin Turan-a verdiyi məlumata görə, Sadıqlı Nəsimi rayon 19-cu polis bölməsinə aparılıb.
Mənbənin məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunur. Onu 1 ayadək həbs cəzası gözləyir. Blogerin işinə bu gün paytaxtın Nəsimi rayon məhkəməsində baxılacaq. "polisə tabe olmama"nın məhz nədən ibarət olduğu aydın deyil.
AXCP fəallarının sözlərinə görə, Sadıqlı sosial şəbəkələrdə fəal idi və orada müxalifətin hökumət əleyhinə aksiyaları haqqında videoçarxlar yerləşdirirdi.
Xatırladaq ki, hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar hamısı ölkə hakimiyyətinin siyasətini tənqid etdiklərinə görə mühakimə ediliblər. -05B-
Cəmiyyət
-
Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 19+22, gündüz müsbət 26+29 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
-
2024-cü ilin ilk yeddi ayında Azərbaycan narkotik maddə asılılığına, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirdi və Dövlət Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının daimi işçi qrupu tərəfindən bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğu bildirildi. Komissiya tərəfindən aparılan geniş təhlillər ölkənin narkotik maddələrə qarşı mübarizəsində həm uğurlar, həm də davam edən problemləri üzə çıxardı.
-
Tanınmış ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Hüseyn qızı Səttarova 102 yaşında vəfat edib.
-
2024-cü ilin ilk yeddi ayında Azərbaycanda cinayətkarlığın kəskin azalması qeydə alınıb və bu, ölkənin ictimai təhlükəsizliyi artırmaq və hüquq-mühafizə orqanlarının səmərəliliyini yüksəltmək istiqamətindəki səylərinin əhəmiyyətli bir nailiyyəti hesab olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında 18,518 cinayət qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır.
İlqar Məmmədov istefa verdi. REAL partiyasının sədri kim olacaq? – Natiq Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 10:55
- 513
Rəy yaz