Açiq mənbələrdən foto.
Bu il Azərbaycanda saxlanılan narkokuryerlərin demək olar ki, yarısı iranlıdır
Bakı/28.11.22/Turan: 2022-ci ilin 10 ayı ərzində Azərbaycanda narkotik maddələrlə bağlı 9564 cinayət aşkar edilib. Bu barədə arkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr ayları üçün məlumatında deyilir.
Cinayətlərin 3181-i narkotik maddələrin satışı, 5902-i əldə edilməsi, 393-ü qanunsuz kultivasiya ilə bağlıdır, 88-i digər cinayətlərdir.
Ümumilikdə, 5 ton 62 kiloqram narkotik maddə (bunun 2 tondan çoxu heroindir), 32 918 ədəd narkotik həb və 2514 ədəd psixotrop maddə götürülüb.
Narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan 80 əcnəbi saxlanılıb. Onların arasında 37 nəfər İran vətəndaşı, Rusiya -16, Türkiyə -11, Gürcüstan -9, Türkmənistan -2, hərəsindən 1 nəfər olmaqla Qırğızıstan, Pakistan, Ukrayna və Maldiv vətəndaşları var. Əcnəbilərdən 1039 kiloqram narkotik və psixotrop maddə götürülüb.05В06
-
- Maliyyə
- 28 Noyabr 2022 12:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz