Açiq mənbələrdən foto.
Bütün Azərbaycan komandalarının Avropa kubok yarışlarında rəqibləri müəyyənləşib
Bakı/21.06.23/Turan: Bu gün İsveçrənin Nyon şəhərində Futbol üzrə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Burada Azərbaycanın üç komandasının rəqibləri müəyyənləşib.
Püşkatmanın nəticələrinə əsasən, Bakının “Neftçi” klubu 1-ci turda qarşılaşacaq “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütlüyünün qalibi ilə görüşəcək.
“Sabah” - “Makedoniya GP” (Şimali Makedoniya) – RFS (Latviya) cütlüyünün qalibi ilə qarşılaşacaq.
“Qəbələ” isə Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.
KL-nın 2-ci təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Çempionlar Liqasında çıxış edən "Qarabağ" isə 1-ci turda Cəbəllütariqli "Linkoln"u keçərsə, ikinci mərhələdə Rakov (Polşa) - Flora (Estoniya) cütlüünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk oyunu ikinci mərhələdə iyulun 25-də və ya 26-da səfərdə keçirməlidir.—06B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz