Çörək sexində baş vermiş partlayış nəticəsində üç nəfər xəsarət alıb
Bakı/19.02.18/Turan: Abşeron rayonunun Saray qəsəbəsində çörək sexində baş vermiş partlayış nəticəsində üç nəfər ağır xəsarət alıb. Natiq Əmrahov, Qızılgül Əmrahova və Elmira Əmrahova yanıq xəsarətləri alıblar.
Yaralılar Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına çatdırılsalar da durumları ağır olduğuna görə Bakıya gətiriliblər. Onlar 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan yaralıların şöbədə yerləşdirilmələrini təsdiq etsələr də vəziyyətləri barədə açıqlama verməkdən imtina ediblər.
Faktla bağlı araşdırma aparılır. -06D--
-
- İqtisadiyyat
- 19 Fevral 2018 11:43
-
- Maliyyə
- 19 Fevral 2018 11:59
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz