Cümə axşamı duman və çiskin gözlənilir

Bakı/30.01.19/Turan: Yanvarın 31-də Bakıda və Abşeronda hava tutqun olacaq, səhər duman və çiskinolacaq.

Havanın temperaturu gündüz +8 +11 dərəcə, gecə +6 dərəcəyə qədər isti təşkil edəcək.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Yalnız dağlıq rayonlarda yağış yağacağı ehtimalı var.

Havanın temperaturu aran rayonlarında gecə -1 +4 dərəcəyə qədər düşəcək, gündüz +7 +12 dərəcə isti olacaq. Dağlarda gecə -5 dərəcəyə qədər şaxta, gündüz +7 dərəcəyə qədər isti olacaq. -05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti