Cümə axşamı hava sərin olacaq

Bakı/10.05.17/Turan: Mayın 11-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi gözlənilir, havanın temperaturu gündüz 21 dərəcəyə qədər düşəcək. Axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Sinoptiklərin verdiyi məlumata görə, ölkənin rayonlarında da yağıntılar gözlənilir, bəzi yerlərdə yağıntılar intensiv olacaq. Qərb küləyi əsəcək, dağlara dolu düşə bilər.

Aran rayonlarında temperatur gündüz +23 +28 dərəcə, dağlarda +16 dərəcəyə qədər təşkil edəcək. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti