Cümə günü havanın küləkli olacağı gözlənilir
Cümə günü havanın küləkli olacağı gözlənilir
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
Havanın temperaturu gecə müsbət 11+16, gündüz müsbət 18+23 dərəcə olacaq. Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında da hava əsasən yağıntısız olacaq, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 10+15, gündüz müsbət 20+25, dağlarda gecə müsbət 3+8, gündüz müsbət 11+16 dərəcə olacaq.
-
- Siyasət
- 9 May 2024 12:01
-
- Söz istəyirəm
- 9 May 2024 15:04
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz