Dəniz platformasından neftçi itkin düşüb

Bu gün səhər saatlarında “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Bu barədə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətinin məlumatında deyilir.

Şirkət itkin düşmüş əməkdaşın tapılması və xilas edilməsi üçün xilasetmə xidmətini cəlb edib. Onun adı və hadisənin hansı şərtlərdə baş verməsi açıqlanmır.

Qeyd edək ki, yataq sahildən təxminən 60 km məsafədə yerləşir. Noyabrın 8-i səhər saatlarından hava şəraiti sakitdir, külək yoxdur. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti