Din xadimlərinə vahid geyim dəstləri təqdim edilib

Cümə axşamı Qafqaz Müəslmanları İdarəsində (QMİ) din xadimlərinə vahid geyim dəstləri təqdim edilib.

İlk dəstlər QMİ-nin təşkil etdiyi təkmilləşdirmə kurslarını keçən 100 din xadiminə təqdim edilib. QMİ-nin tərkibində olan məscidlərin axund və imamlarının geyimlərlə təmin olunması psosesi davam edəcək.

Bu məsələ keçən ilin sonlarından dini gündəmə gəlib. İlk geyim forması iyunda hazır olsa da bəzi qüsurlara görə ertələndi. QMİ sədri şeyxülislam Allahşükür Paşazadə o zaman həmin qüsurlar aradan qaldırılandan sonra geyim dəstlərinin din xadimlərinə təqdim olunacağını söyləmişdi.-05B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti