Dini mahnıların ifaçısı polisdən buraxılıb
Dini mahnıların ifaçısı polisdən buraxılıb
Azərbaycanda dini mahnıların ifaçısı kimi tanınan Kamran Ferat saxlanıldığı gün, noyabrın 16-da axşam sərbəst buraxılıb, vəkil Zibeydə Sadıqova bildirib. O qeyd edib ki, saxlanma müddətində onu musiqiçinin yanına buraxmayıblar.
Feratın özündən və ailə üzvlərindən şərh almaq mümkün olmayıb.
Ferat saxlanıldıqdan sonra onun 8 dəqiqəlik videomüraciəti yayılıb.
Videoda Ferat deyir ki, saxlanılacağını və həbs oluna biləcəyini düşünərək bu müraciəti əvvəlcədən hazırlayıb. O qeyd edir ki, ailə üzvlərindən xahiş edib ki, saxlanıldıqdan sonra bu videonu yaysınlar.
Videoda musiqiçi deyir ki, heç bir cinayət törətməyib və əgər onu həbs edərlərsə, bunun səbəbi onun dini mahnılar ifa etməsidir, o cümlədən “Müsəlman Birliyi” Hərəkatı üçün musiqi bəstələməsidir.
Ferat aprel ayında bəzi KİV-də onun "İran casusu" olması barədə yayılan fikirlərin yalan olduğunu qeyd edib.
“Bunların hamısı yalandır. Mənim mahnılarım həqiqət-ədalət haqqındadır. İrana xidmət etdiyim doğru deyil. Mən Azərbaycan vətənpərvəriyəm. Mən şəhid Mübarizə (Azərbaycanın Milli Qəhrəmanı), 2020-ci il 44 günlük müharibədə, aprel döyüşlərində (2016-cı il) həlak olanlara mahnılar həsr etmişəm. Mən dövlətimin əleyhinə mahnı oxumamışam. Mahnılarımın mövzuları Əhli-beytə (islam ənənəsində şiələrin etimad etdiyi Məhəmməd peyğəmbərin ailəsi) həsr olunub”, - Ferat qeyd edib.
-
- İqtisadiyyat
- 17 Noyabr 2023 14:00
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz