Qubad İbadoğluna qarşı yeni ittihamlar irəli sürülə bilər? – Qardaşı Qalib Toğrul Çətin sualda
Bakı/17.11.23/Turan: Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddətini üç ay uzadıb.
Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, müstəntiq və prokuror həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə əsaslandırıb. Onlar iddia ediblər ki, siyasətçi azadlıqda olsa, istintaqa təsir göstərə bilər.
"Qubad İbadoğluna qarşı yeni ittihamlar da irəli sürülə bilər", deyə Sadıqova məhkəmə iclasının yekunlarını şərh edərkən bildirib. İbadoğlu özü ittihamların və həbsdə saxlanılmasının əsassız olduğunu bildirib.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin mətbuat katibi Pеter Stano cümə axşamı Bakı məhkəməsinin tanınmış alim və müxalifət lideri Qubad İbadoğlunun həbsinin 7 aya qədər uzadılması barədə qərarından təəssüfləndiyini bildirib.
Böyük Britaniyada çıxan "The Financial Times" (FT) qəzeti Qubad İbadoğlunun həbsi barədə məqalə dərc edib.
Bayden administrasiyasının Avropa və Avrasiyaya görə məsul olan yüksək vəzifəli məmuru və Konqresin Xarici işlər üzrə Komitəsinin ən az üç üzvü çərşənbə günü məşhur iqtisadçı alim Qubad İbadoğlunun həbsdən dərhal azad edilməsi çağırışlarını açıq şəkildə təkrar ediblər.
Qubad İbadoğlunun istintaq prosesi, səhhəti barədə qardaşı Qalib Toğrul Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Çətin sual
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
-
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov Azərbaycanın xarici siyasəti barədə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz