9 ay ərzində yol qəzalarında ölənlərin sayı 6,8 faiz artıb
9 ay ərzində yol qəzalarında ölənlərin sayı 6,8 faiz artıb
Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb
Məlumata görə, bu müddətdə 1204 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır. Bu hadisələr nəticəsində xəsarət alanların sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Qəzalarda 627 nəfər həlak olub, 1034 nəfər yaralanıb.
Hadisələrin 43 faizi gündüz, 29,8 faizin həftənin şənbə və bazar günlərində baş verib.
Yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş verib. Bunun da nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olub.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, 5 nəfər həlak olub. 21 nəfər yaralanıb.
-
- Cəmiyyət
- 17 Noyabr 2023 15:18
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
-
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
Rəy yaz