DPX Qobustan həbsxanasında işgəncə faktlarını inkar edir
Bakı/11.09.18/Turan: Dövlət Penitensiar Xidmətinin (DPX) ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Mehman Sadıqöv ömürlük mühakimə olunanların hüquqlarını Müdafiə Komitəsinin sədri Akif Nağının ittihamlarına cavab verib. A.Nağının ölkə prezidentinə müraciəti sentyabrın 8-də dərc edilib.
http://www.turan.az/ext/news/2018/9/free/Social/ru/74895.htm
A.Nağı öz məktubunda çoxsaylı qanun pozuntularını, məhbusların ələ salınması, işgəncə verilməsi, Qobustan türməsinin rəisi Aftandil Ağayev və bu müəssisənin qulluqçusu Adil Şirməmmədov tərəfindən korrupsiya və pul almaq faktlarını xatırladır. Onlar işdə yol verdikləri nöqsanlara görə əvvəlki postlarından kənarlaşdırılıblar, ancaq yenidən Penitensiar Xidmətdə müxtəlif postlara təyin ediliblər.
M.Sadıqov cavab bəyanatında A.Ağayevin işgüzar keyfiyyətlərini yüksək qiymətləndirir, onu təhlükəli cinayətkarlar üçün həbsxananın rəisi kimi öz vəzifəsinin öhdəsindən gələn təcrübəli işçi hesab edir.
"Qobustan həbsxanasında dəfələrlə qanunu pozmuş, cəzaçəkmə yerlərində rejim qaydalarını pozmuş cinayətkarlar var. Qobustan həbsxanasının kontingenti digər cəzaçəkmə müəssisələrində olduğundan fərqlidir. Belə kontingentlə çalışmaq üçün oraya yetərincə təcrübəli, işin spesifikasını bilər işçilər göndərilir", - M.Sadıqov deyib.
"Oğlu 23 il həbsdə olan ananın istəyini başa düşürəm. O istəyir ki, məhkəmənin hökmü 15 illik cəza ilə əvəzlənsin. Uzun illərdir ki, onlar bu məsələni qaldırırlar. Qobustan həbsxanasında işgəncədən söhbət belə gedə bilməz".
M.Sadıqov bildirib ki, Penitensiar Xidmətdə müəyyən olunmuş qaydada araşdırma aparılacaq. "Məhbuslara müəyyən edilmiş qida rasionuna uyğun qidanın verilməsi çox vacibdir. Biz bu məsələləri izləyirik, öz araşdırmalarımızı aparırıq. Əgər pozuntu aşkar edilərsə müvafiq tədbirlər görüləcək. Ancaq Akif Nağının yazdıqlarının heç bir həqiqətəuyğun deyil", - M.Sadıqov bildirib.
"A.Ağayev aztəminatlı ailələrdən olan məhbusların qandallanması praktikasını tətbiq edib. Mühakimə olunanları beş saata qədər əlləri arxasında qandallanmış vəziyyətdə saxlayırlar, onları ağrı hiss etməyə məcbur edirlər. Bəzən rəisin kabinetinin qarşısındakı boruya bağlayırlar, xırda xətalara görə yayda qızmar günəşin altında, qışda şaxtada saxlayırlar. Bu işgəncələrin heç birini əsaslandırmaq mümkün deyil. Xırda xətalara görə günahkarları öncə kluba aparırlar. Orada rəisin şəxsən iştirakı ilə amansızcasına döyürlər, sonra karserdə əllərini arxaya aparıb dəmir çarpayıya qandallayırlar. Qobustan həbsxanasındakı amansız təsir tədbirləri məhkumların islah olunmasına gətirib çıxarmır, daha çox ölüm hökmünün icrasına bənzəyir. Son vaxtlar Qobustan həbsxanasında həlak olanların sayı barədə statistika da bundan xəbər verir", - A.Nağı prezidentə müraciətində qeyd edib.
Qobustan türməsi (rəsmi olaraq: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin həbsxanası) qapalı tipli cəzaçəkmə müəssisəsidir. Bakıdan 70 km. məsafədə yerləşir. Ömürlük həbs cəzası alanlar və ya uzun müddətə həbs olunanlar, həmçinin dəfələrlə rejimi pozduğuna görə koloniyalardan bura köçürülənlər üçün nəzərdə tutulub. Saxlanma limiti 700 məhbusdur. Bunun 250-i ömürlük məhbusdır.-0-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz