Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar
Bakı/11.09.18/Turan: Bu gün səhər məcburi köçkünlərdən ibarət qrup Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb. Etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub. Səhər onlar Qaçqınkomun qarşısında toplaşıblar. Lakin onları içəriyə bir-bir buraxıblar. Əsəbiləşmiş qaçqınlar məmurların davranışından hiddətlənməyə başlayıblar. Qaçqınlardan biri öz avtomobilində yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyiblər.
Polis əməkdaşları sürücüdən yolu açmağı tələb ediblər. O imtina etdikdə güclə maşından çıxarıb aparıblar. Etiraz əlaməti olaraq qadın yolun ortasında dayanıb.
Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıblar.
"Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik", - aksiya iştirakçılarından biri deyib.
"Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun", - qadın deyib.
Aksiyadan sonra məmurlar etirazçılarla söhbət ediblər.
Yol 15 dəqiqəliyə bağlanıb, bu da bir kilometrdən uzun tıxacın yaranmasına səbəb olub.-06D--
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz