Elçin Məmməd məhkəmənin şikayətinə baxılmasını gecikdirməsindən şikayət edir
Bakı/29.08.22/Turan: Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Elçin Məmmədin şərti azadlığa buraxılmasının rədd edilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin qərarından şikayətini geri qaytarıb.
Bu barədə Məmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi” QHT-nin məlumatında deyilir.
Apellyasiya Məhkəməsi şikayətin qəbulundan imtina edilməsini birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulması kimi əsaslandırıb. İki aya yaxındır ki, məhkəmə orqanlarının bü uzunçulugu davam edir. Məmməd bunu özünün məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirir. Əvvəllər Məmmədin intizam tənbehi olmasa da, birinci instansiya məhkəməsi onu cəzasının 1/3 hissəsini çəkdikdən sonra cəzasının yüngülləşdirilməsindən imtina edib.
* Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi QHT-nin rəhbəri, “Yüksəliş Naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Həmin il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi onu “oğurluq” və “qanunsuz olaraq döyüş sursatı və silah saxlama” maddələri ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq Amnesty İnternational, PEN, FİACAT və digər təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. -06B-
-
- Cəmiyyət
- 29 Avqust 2022 17:44
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz