Əli İnsanov: ""Əfv ərizəsi yazmamışam, yazmaq fikrim yoxdur və heç zaman əfv üçün müraciət etməyəcəm"
Əli İnsanovun əfv ərizəsi yazması barədə bəzi KİV-də yayılan məlumatlar ağ yalandır. Bu barədə Turan-a keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
“Mən bu gün cəzaçəkmə müəssisəsində Əli İnsanovla görüşmüşəm. O bildirdi ki, əfv ərizəsi yazmayıb, yazmaq fikri yoxdur və heç zaman əfv üçün müraciət etməyəcək”, - vəkil vurğulayıb.
Əli İnsanov 1995-ci ilin oktyabrında parlament seçkiləri öncəsi iş otağında həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq maddəsi ilə ittiham edilib. Sonradan ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəzlənib və o 11 il müddətinə azadlıqdan məhrum edilib. Ə.İnsanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Ə.İnsanov məhkəmənin hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Kommunikasiya bir neçə ilə başa çatsa da, Avropa İnsan Hüquqları Məhkəməsi hələ də şikayət üzrə qərar qəbul etməyib.-03B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz