E.Qasımovun şikayətinə "yox" dedilər
İyulun 28-də Bakı Apellyasiya məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması haqda Nəsimi rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Bu haqda Turan-a E.Qasımovun vəkili Elnur Nəbiyev bildirib.
Vəkilin sözlərinə görə, prosesdə qərar elan olunub. Qərara əsasən, E.Qasımovun apellyasiya şikayəti təmin olunmayıb, Nəsimi Rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi iyulun 16-da E.Qasımov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması haqda istintaq orqanının təqdimatına baxıb. E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay artırılıb.
Qeyd edək ki, Daxil İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakının Nardaran kəndində əməliyyat keçirib. Bu əməliyyatda 2-si polis, 4-ü mülki vətəndaş olmaqla, 6 nəfər həyatını itirib. Aparılan həbslər sırasında “Müsəlman Birliyi” Hərəkatının bir qrup üzvü və kənd sakini saxlanılıb.
E.Qasımov hələ bu əməliyyata qədər, 2015-ci il noyabrın 5-də Sabunçu rayon polis idarəsi tərəfindən saxlanılmış, 30 sutkalıq inzibati cəza almışdı.
Nardaran hadisələrindən sonra E.Qasımova Cinayət Məcəlləsinin daha 11 maddəsilə ittiham irəli sürülüb. Bunlar terrorçuluq, dövlət, hakimiyyət, hakimiyyət nümayəndələri əleyhinə cinayətlərlə bağlı maddələrdir.
Qeyd edək ki, ölkə prokurorluğu bu ilin əvvəlində Nardaran hadisələrilə bağlı 70-dən çox şəxsin həbsə alındığı barədə məlumat yaymışdı. -05B-
-
- İqtisadiyyat
- 28 İyul 2016 16:15
-
- İqtisadiyyat
- 28 İyul 2016 16:59
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz