Ermənistanın müdafiə naziri 25 hərbçinin əsir düşdüyünü bildirib
Aprelin 2-4-də hərbi əməliyyatlar zamanı 28 erməni hərbçi itkin düşüb. Erməni tərəfin aprelin 6-na olan məlumatı belədir. Lakin çərşənbə günü axşam Ermənistanın müdafiə naziri Seyran Ohanyan 25 nəfərin əsir düşdüyünü etiraf edib.
Onun sözlərinə görə, həmin saydan üç nəfər həlak olub, odur ki, 25 nəfər əsir düşmüş sayılır.
Ohanyan əlavə edib ki, Yerevan Qırmızı Xaç Komitəsindən əsirlərin həlak olan azərbaycanlı hərbçilərin cəsədləri ilə dəyişdirilməsi üzrə işə başlanmasını xahiş edib.
Öz növbəsində Qarabağ separatçılarının nümayəndəsi David Babayan deyib ki, ermənilərdə azərbaycanlı əsir yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi Ohanyanın bəyanatını hələlik şərh etməyib.-02D-
-
- İqtisadiyyat
- 7 Aprel 2016 10:43
-
- Foto sessiyalar
- 7 Aprel 2016 11:06
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz